QƏTLİNİN NÖVBƏTİ İLDÖNÜMÜNDƏ ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLDİ

Martın 2-də bir qrup jurnalist, baş redaktorlar, media qurumları rəhbərləri, diplomatik missiyaların təmsilçiləri, o cümlədən siyasi partiya liderləri  “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarını  ziyarət ediblər.

 Jurnalistin məzarı önündə çıxış edənlər indiyədək bu qətlin üstünün açılmamasından hiddətləndiklərini bildiriblər. Siyasətçilərdən Müsavat Partiyası başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin  redaktorun qətlində hakimiyyətin əli olduğunu bildiriblər  və onlar bu cinayət hazırkı hakimiyyətin dövründə açılmayacağını bildiriblər.

Jurnalistlər Qənimət Zahid, Xalid Bahdır, İdrak Abbasov, hüquq müdafiəçisi Emin Hüseynov çıxış edərək Mərhum E.Hüseynovun xatirəsinin əbədi yaşayacağını və onun qatillərinin də və bu qətli icra edənlərin də gec-tez ifşa olacağını bildiriblər.  

Xatırladaq ki, E.Hüseynov işdən evə qayıdarkən naməlum şəxslər tərəfindən  güllələnib. Cinayətkar ona 7 güllə vurub. Bir müddət sonra hakimiyyət bildirib ki, qətli əslən azərbaycanlı olan Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir  Xubanov törədib.

Previous Post

JURNALİSTLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÖVZUSUNDA DƏYİRMİ MASADA JURNALİSTLƏRƏ “PRESS

Next Post

RATİ BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.