RATİ-NİN QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI SAXLANILAN MEDİA NÜMAYƏNDƏLƏRİNƏ DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Quba hadisələri ilə bağlı müəmmalı şəkildə saxlanılan media nümayəndələrinin durumundan narahatdır, onların hansı səbəbə və harada saxlanılmağı ilə bağlı ictimaiyyətə məlumat verilməsini hüquq mühafizə orqanlarından tələb edir.

Martın 13-də Qubanın “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev, menecer Zaur Mustafayev, montajçılar Vahid İbrahimovun və İslam Aslanov həbs edilərək Bakıya  gətirilib. Daha sonra Vahid İbrahimov azad edilib. Amma onun və digər saxlanılanların  hansı cinayət əməlində ittiham olunmaları barədə və harada saxlanılmaları barədə heç bir məlumat verilmir.

Habelə hazırda müxtəlif saxta ittihamlara (narkotik maddə, qanunsuz silah gəzdirmə və xuliqanlıq) 5 media nümayəndəsi (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev, islamazeri.az internet saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər ” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramin Dadaşov ) həbsdədirlər.

RATİ qeyd edir ki, daha 4 nəfər media nümayəndəsinin naməlum ittihamla həbsə alınması Azərbaycan hakimiyyətinə baş ucalığı gətirməz və bu cür əməllər ölkənin beynəlxalq imicinə növbəti zərbəsini vurmuş olacaq.

Qeyd edək ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyasıkeçirilib, aksiya iştirakçıları R.Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən istefaya göndərilib və hadisə ilə bağlı sayı açıqlanmasa da azı 10 nəfər Quba sakini də saxlanılıb.

Previous Post

AİLƏ ÜZVLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜBLƏR

Next Post

AVAZ ZEYNALLI MEETS WITH HIS FAMILY IN PRISON

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.