AİLƏ ÜZVLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜBLƏR

Martın 17-də ailəsi və qəzetin əməkdaşı Nizami Həsənli Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə “xural.com” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı Əvəz Zeynallı fiziki və mənəvi durumunun normal olduğunu deyib. Həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl  Ombudsman Aparatının əməkdaşları Əvəz Zeynallı ilə görüşüblər.  Ə. Zeynallı yazdığı məktubların təcridxana rəhbərliyi tərəfindən göndərililməsinin təmin edilməməyini  bildirib və qeyd edib ki, şəxsən özü dəftərxanada olarkən bunun şahidi olub.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı. 

Previous Post

QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI HƏBS EDİLƏNLƏRDƏN MEDİA MUMAYƏNDƏLƏRİNDƏN BİRİ AZAD EDİLİB

Next Post

RATİ-NİN QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI SAXLANILAN MEDİA NÜMAYƏNDƏLƏRİNƏ DAİR BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.