Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) aprelin4-də Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük keçid məntəqəsində
araşdırma apararkən RATİ bölgə müxbirləri Həkimeldostu Mehdiyev və
Elman Abbasovun diktofon, fotoaparat və videokamerasını əllərindən
alınmalarını qətiyyətlə pisləyir və jurnalistlərin avadanlıqların
özlərinə qaytarılmasını tələb edir.
Belə ki, son zamanlar Muxtar Respublika sakinləri gömrükçülərin
hərəkətlərindən çoxsaylı şikayət ediblər. Jurnalistlər vəziyyəti
yerində öyrənmək məqsədilə şikayətləri yoxlamaq üçün sərhədi keçmək
qərarına gəliblər. Jurnalistlər Türkiyə tərəfə keçib yenidən geri
dönəndə gömrükçülər fotoaparat videokamera və diktofonlarını
əllərindən alıb. Gömrükçülər bu addımı avadanlıqların deklarasiyada
göstərilmədiyi bəhanə edərək bu addımı atıblar.
RATİ qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə, jurnalistlərin
çoxdan istifadə etdikləri və dəyəri min manatdan az olan avadanlıqları
deklarasiyada göstərməyə ehtiyac olmayıb. Heç sərhədi keçəndə də bunu
jurnalistlərdən tələb edən olmayıb və jurnalist Azərbaycan tərəfindən
Türkiyəyə keçəndə də avadanlıqlar əllərində olub və bunu Görük Keçid
Məntəqəsinin təhlükəsizlik kameralarının da qeyd etməsi labüddür.
RATİ hesab edir ki, əslində jurnalistlərin avadanlıqlarının müsadirəsi
onların qanuni peşə fəaliyyətinə mane olmaqdan başqa bir şey deyil.
Naxçıvan Muxtar Respublikası hakimiyyəti uzun illərdir ki, müstəqil və
tənqidçi jurnalistlərin Naxçıvanda fəaliyyətinə müxtəlif yollarla
maneçiliklər yaradır. Dəfələrlə Muxtar Respublikada yerli və əcnəbi
jurnalistlər təqib edilib, işgəncəyə məruz qoyulub və ya Naxçıvandan
deportasiya edilib. RATİhesab edir ki, bu son addım da jurnalistlərə
qarşı Muxtar Respublikada davam edən təqib və təzyiqlərin tərkib
hissəsidir.
Bu səbəbdən də RATİ üzünü Muxtar Respublika və Azərbaycan Respublikası
rəhbərliyinə tutaraq, baş vermiş son hadisə ilə bağlı tədbirlər
görməyi, jurnalistlərin avadanlıqlarının tezliklə onlara
qaytarılmasını və jurnalistlərin hüquqlarını pozan şəxslərin
cəzalandırılmasına görə çağırış edir.