Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin (VCMK) parlamentin qarşısında aksiya keçirməyə icazə verilməməsini və akreditasiyası olan media nümayəndələrinin parlament binasına buraxılmasının müəyyən müddətə əngəllənməsini, həmçinin digər media nümayəndələrinin parlamentin binasına yaxınlaşmağa polisin qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir.
Belə ki, bu gün (19 iyun) Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “KİV haqqında”Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərlə bağlı etiraz aksiyası keçirmək istəyən QHT nümayəndələrinə polis mane olmuş, hətta etiraz qətnaməsini sonadək səsləndirməyə imkan verməyiblər.
RATİ bəyan edir ki, jurnalistlərin parlamentin binasına buraxılmaması və Milli Məclisin qarşısında media nümayəndələrinin sərbəst informasiya toplamaq və yaymasına polis müdaxiləsi Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı) və zamanda Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin (jurnalistin peşə fəaliyyətinə müdaxilə) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulmasıdır.
Həmçinin insanların sərbəst toplaşmaq hüququnun pozulması Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi (Birləşmək hüququ), 49-cu (sərbəst toplaşmaq azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsi (Yığıncaqlar və birləşmək azadlığı) ilə ziddiyyət təşkil edir.
RATİ Azərbaycan hakimiyyətini qanunlara hörmətlə yanaşaraq, insanların sərbəst toplaşmaq və azad ifadə etmək azadlığını və söz azadlığını pozmamağa, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır.