POLİS JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ MANE OLDU

Bu gün (19 iyun) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin (VCMK) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “KİV haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərlə bağlı parlamentin qarşısında aksiya keçirmək cəhdi ilə əlaqədar polis nəfərləri jurnalistlərə Milli Məclisin binası qarşısına toplaşmağa icazə vermədi.

Ərazini tam nəzarətə götürmüş polislər hətta parlamentə akreditə olunmuş media nümayəndələrinə də Milli Məclisin binasına yaxınlaşmağa icazə vermədilər. Jurnalistlər hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyevə müraciət etdikdən sonra Milli Məclisdən nümayəndə gəldi və akreditasiyası olan bir neçə media nümayəndəsi parlamentin növbədənkənar iclasında iştirak etməsinə icazə verildi. Digər jurnalistlərə isə peşə fəaliyyətini yerinə yetirmək üçün parlamentin binasına yaxınlaşmağa icazə verilmədi.
   Həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və KİV haqqında Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərlə bağlı etiraz aksiyası keçirmək istəyən QHT nümayəndələri də polislər tərəfindən Milli Məclisdən tamamilə uzaqlaşdırıldılar. VCMK İşçi Qrupunun üzvü Qubad İbadoğlunun aksiyanın qətnaməsini sonadək oxumasına da polislər icazə vermədilər. Sonradan Yaşar Əliyev Qubad İbadoğlunun qətnaməni Milli Məclisin aparat rəhbərliyinə təqdim etməsi üçün onun polisin müşayiəti ilə parlamentə getməsinə razılıq verdi.
 Qeyd edək ki, 150-dən artıq QHT-nin birləşdiyi VCMK-nın aksiya keçirmək üçün müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilməmişdi.
 
 
Previous Post

30 IFEX ÜZVÜ QHT QANUNUNA TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏRİ PİSLƏYƏN MÜRACİƏT İMZALAYIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.