“FREEDOM HOUSE” TƏŞKİLATININ HESABATINDA AZƏRBAYCAN “DAVAMLI AVTORİTAR REJİMLİ ÖLKƏLƏR” SIRASINDADIR

Dünən (30 iyun)  “Freedom House” təşkilatı Mərkəzi Avropa və Avrasiyada Azərbaycan da daxil olmaqla 29 ölkədə apardığı araşdırmasının nəticələrini elan edib. Dünyada azadlıqların vəziyyətini öyrənən təşkilatın hesabatına görə, həmin 29 ölkənin 18-də demokratiyanın vəziyyəti geriləyib. Səkkiz ölkə isə ümumiyyətlə “Davamlı avtoritar rejimli ölkələr” sırasına düşüb.

Bu sırada Azərbaycan da var. “Freddom House”un gəldiyi qənaətə görə, Azərbaycanda vəziyyət bütün başqa ölkələrin hamısından daha çox pisləşib. İlk dəfə olaraq “Davamlı avtoritar rejimli ölkələr”in siyahısına düşən Rusiya Azərbaycandan sonrakı yeri tutub. Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan Türkmənistan və Özbəkistanda vəziyyət onların «Avtokrat Səkkizlik» yaratdığını deməyə əsas verir.
  Məlumatı daha ətraflı oxuya bilərsiniz:
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUNUN BƏYANATI

Next Post

MAHAL İSMAYILOĞLUNA 2 İL AZADLIQDAN ŞƏRTİ MƏHRUMETMƏ CƏZASI VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.