REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini (RATİ) “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadəyə qarşı irəli sürülmüş ittihamları ləğv etməyə və sabah (04 sentyabr) Səbail rayon məhkəməsində keçiriləcək məhkəmə iclasından onları dərhal azadlığa buraxmağa çağırır.

RATİ vurğulayır ki, gənclər “xuliqanlıq”da ittiham olunaraq həbs edilsələr də, əslində isə internetdə hakimiyyəti tənqid edən materiallar yerləşdirdiklərinə görə şərləniblər. Belə ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində təxribata çəkilməklə döyülərək xəsarət alıblar. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış, və döyülən gənclərin barəsində isə həbs-qətimkan tədbiri seçilərək, barələrində cinayət işi başlanmışdır. Xəsarət almış gənclər polisdə saxlanılarkən onlara zəruri tibbi yardım göstərilməmiş və vəkilləri ilə görüşmələrinə imkan verilməmişdir. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi ciddi hüquq pozuntuları və qanuna zidd hərəkətlərlə aparılmış və istintaqın gedişatında gənclərə qarşı daha bir saxta ittiham – CM-in  127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülmüşdür.
RATİ xatırladır ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də analoji qaydada şərlənərək 2007-ci ildə həbsxanaya atılmışdır.
RATİ Azərbaycan hakimiyyətini siyasi iradə nümayiş etdirərək günahsız həbs edilmiş bütün jurnalistləri, o cümlədən gənc bloqçular Emin Milli və Adnan Hacızadəni azadlığa buraxmağa çağırır.

http://www.irfs.az/content/view/2570/lang,az/

Previous Post

GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI ÇAĞIRIŞLAR DAVAM EDİR

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ ANS TELEKANALINI MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.