REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Cənub xəbərləri” qəzetinin müxbiri Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab edilməsi barədə qaldırdığı iddianı təmin etdiyinə görə Lənkəran Şəhər Məhkəməsinin hakimi Cavanşir Məmmədovun qərarını alqışlayır.

Belə ki, 10 fevral 2009-cu il tarixli sayında “Cənub xəbərləri” qəzetində dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsində universitet rəhbərliyini tənqid etdiyinə görə, LDU-nun rəhbərliyi P.Əzimova qarşı saxta ittihamlar irəli sürərək, guya daxili nizam-intizam qaydalarını pozmasına görə onu universitetdən xaric etmişdilər. Bu səbəbdən məhkəməyə müraciət edən P.Əzimovun iddiasına əsasən məhkəmə araşdırması aparılmış və nəticədə ədalətli qərar çıxarılaraq, onun  universitetə bərpa olunmasına qərar verilmişdir
Previous Post

MİKLOŞ HARAŞTİ SƏFƏRİNİN YEKUNU İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.