REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu "Azadlıq"
qəzetinə və "Azadlıq"  qəzetinin müxbiri Aqil Xəlilə qarşı törədilmiş
fiziki hücumlara və təqiblərə görə çox narahatdır.

Xəlil 22 fevral 2008-ci ildə Bakıda "Zeytun bağları" adlanan ərazidə ağacların kəsilməsinə dair təhqiqat aparmağa çalışarkən döyülmüş, 13 mart 2008-ci ildə ürəyindən bıçaqlanmış və məhz bu gün ölkə boyunca nümayiş etdirilən qara piar kampaniyasının hədəfinə çevrilmişdir. Bu gün təxminən 18;00 radələrində AZTV  3  nəfər  tərəfindən  Xəlilin homoseksual olduğunu iddia edən veriliş yayımlayıb. Bundan sonra Baş Prokurorluq tərəfindən təqdim edilən videosüjet “Space” və “Lider” telekanallarında efirə verilib.

          RATİ  qeyd  edir  ki, Xəlilin işində bu dönüş heç də gözlənilməz olmadı. Belə ki,  cümə günü RATİ-nin mətbuat mərkəzində təcili mətbuat konfransı keçirən "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov bəyan etdi ki, cümə axşamı Aqil Xəlilin döyülməsi və bıçaqlanması üzrə istintaqı aparan müstəntiqlər Xəlilin qaldığı rayona getmiş, Xəlili və onun anasını gecə saat 01;30-a qədər sorğu-sual etmişlər.Sorğu-sual zamanı Xəlilə Sergey adlı bir nəfərin Xəlilin keçmiş ”sevgilisi” olduğunu iddia edən bir videosüjet göstərilmiş və ona deyilmişdir ki, onun 3 seçimi var. Əhmədovun dediyinə görə, bu seçimlər aşağıdakılar olub;

1) jurnalist desin ki, onu bıçaqlayan şəxs "Azadlıq" qəzetindən bir iş yoldaşı olub; 

2) desin ki, videosüjetdə görünən homoseksual “sevgilisi” onu bıçaqlamışdır

3) ……
Əhmədov bu seçimi açıqlamaq istəmədi.  Razılaşmadığı təqdirdə jurnalistə deyilib ki, ləkələyici və Xəlilin dediyinə görə tamamilə saxta olan və homoseksual əlaqəni əks etdirən videsüjet telekanallarda nümayiş  etdiriləcək.

           Bugünkü çəkiliş 13 martda qısqanclıqdan Xəlili bıçaqladığını iddia edən Sergeyi və onu Apellyasiya Məhkəməsinin yanına (Xəlilin 13 martda bıçaqlandığı yerə) gətirən sürücünü nümayiş etdirir. Sürücü iddia edir ki, onlar yoldan keçərkən Sergey Xəlili görüb, maşını saxlatdırıb və onu maşına çağırıb. Xəlil  maşına mindikdən sonra, arxa oturacaqda Xəlil və Sergey arasında mübahisə yaranıb və Sergey Xəlili  bıçaqlayıb.

         Hər şeydən öncə, RATİ Xəlilin və "Azadlıq" qəzetinin bütün işçilərinin təhlükəsizliyi və sağlamlığı üçün həddən artıq narahatdır. RATİ yerli hüquq-mühafizə  orqanlarını  homoseksuallığın  Azərbaycanda heç də geniş qəbul edilmədiyini  və  bugünkü  verilişin  təsiri nəticəsində yeni təqib dalğasının mümkün  olduğunu  nəzərə alaraq Xəlilin, onun iş yoldaşlarının və ailəsinin təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görməyə çağırır.İkinci, RATİ yerli hüquq mühafizə orqanlarını Xəlilə qarşı törədilmiş hər iki hücum üzrə ayrı-ayrılıqda müstəqil və tam təhqiqat aparmağa tələsdirir. RATİ beynəlxalq təşkilatlara və Azərbaycanın dostu olan ölkələrə tövsiyə edir  ki,  Azərbaycanın  hüquq-mühafizə orqanlarına 2005-ci ildə "Monitor" jurnalının  baş  redaktoru  Elmar Hüseynovun qətlində olduğu kimi bu işin öz həllini tapmasında köməkliklərini göstərsinlər. Bu hadisənin qarşısının alınması öz rolunu oynaya bilər ki, 2005-ci il hadisəsi təkrarlanmasın.RATİ qeyd edir ki, 13 mart tarixində bıçaqlanma ilə yanaşı bu da fakdır ki, 22 fevral 2008-ci il tarixində Aqil Xəlil peşəkar fəaliyyətinə görə  çəkilmiş fotoşəkillərdən tanınan MTN polkovniki Akif  Çovdarov və “Zeytun bağları” Təsərrüfat Birliyinin rəhbərinin qardaşı Dağbəyi Allahverdiyev tərəfindən döyülmüşdür və bu şəxslər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Müxalifyönlü şəxslərin mavi olması, narkotikdən istifadə etməsi və s. adlar altında nüfuzdan salınması keçmiş Sovet İttifaqı ölkələri üçün yeni bir şey deyil. Buna görə də RATİ hesab edir ki, videogörüntülərdə edilən etirafların həqiqət olmasına təminat yoxdur. Azər Əhmədov bu gün RATİ-yə bildirib ki, A.Xəlil mavi olduğunu və hər hansı bir homoseksual əlaqələrə girməsini birmənalı şəkildə inkar edir. Onların hər ikisi bunu A.Xəlilin özünə və “Azadlıq” qəzetinə qarşı birbaşa təzyiq kimi qiymətləndiriblər. RATİ güman edir ki, bu “Azadlıq” qəzetinin susdurulmasına və bağlanmasına yönəlmiş kampaniyanı bir hissəsi ola bilər. RATİ yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır ki, Azərbaycanda söz azadlığı acınacaqlı vəziyyətdədir və müdaxilələr olduqca zəruridir. A.Xəlilin işi Azərbaycanda jurnalistlərin və media qurumlarının sıxışdırılması üçün üsullara nümunələrdən biridir. Hal-hazırda Azərbaycanda dörd jurnalist həbsdədir: Sakit Zahidov, Eynulla Fətullayev, Müşviq Hüseynov və Qənimət Zahidov. Jurnalistlər ölümlə hədələnir və döyülür, hətta öldürülür. Heç kim bu hadisələrə görə məsuliyyətə cəlb edilmir. Eyni zaman da qəsdən yaradılan maliyyə sıxıntılarından müxalif və müstəqil mətbuatın boğulması üçün istifadə edilir. RATİ Azərbaycan hakimiyyətini söz azadlığına qarşı təzyiqlərə son qoymağa və insan haqları və söz azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti Azərbaycanın insan haqları və söz azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə və bu olmayacağı təqdirdə Azərbaycan hakimiyyətinə qarşı real, effektli sanksiyalar tətbiq etməyə çağırır.

Previous Post

TELEKANALLARDA AQİL XƏLİLLƏ BAĞLI VİDEOSÜJET YAYIMLANIB

Next Post

Fire of Historic Home in Baku

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.