REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq  və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2003 ildən bu yana ilk dəfə olaraq,  yerli media vasitəsi olan Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibə verməsini alqışlayır.

     Belə  ki, İlham Əliyev oktyabrın 8-də MDB ölkələrinin Kişinyov (Moldova) sammitindən sonra AzTV-yə 23 dəqiqəlik eksklüziv müsahibə verib.
     RATİ  hesab edir ki, İlham Əliyevin bu addımı ölkə prezidenti ilə Azərbaycanın yerli mediası arasında yaranmış  “buz”u əridəcək və hökumət-media əlaqələrinin inkişafına təkan verəcək.
      RATİ ümid edir ki, ölkə prezidenti bundan sonra təkcə  AzTV-yə deyil, digər televiziya və radio kanallarına,  həmçinin müstəqil və müxalifət mətbuatının nümayəndələrinə  də müsahibə verəcək . RATİ həmçinin prezident administrasiyasını İ.Əliyevə mütəmadi olaraq elektron və çap  mediasının nümayəndələri ilə görüşlərin keçirilməsinə çağırır.
     RATİ  xatırladır ki, mərhum prezident Heydər Əliyev Azərbaycanın yerli media nümayəndələrinə mütəmadi olaraq görüşərək, onların ünvanladığı sualları cavablandırardı.
     RATİ  hesab edir ki İ.Əliyevin yerli media nümayəndələri ilə mütəmadi  görüşləri digər dövlət məmurlarına da  nümunə olar və onların jurnalistlərlə tez-tez görüşüb ictimaiyyət  üçün əhəmiyyətli informasiayaların bölüşməsinə  gətirib çıxarar.
Previous Post

BAŞ REDAKTORLARIN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Next Post

BAŞ REDAKTORLARIN HƏBSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.