REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunun Bənəniyar kəndində diplomatlara qarşı təxribatı qətiyyətlə pisləyir və bunu  informasiya azadlığının kobud pozuntusu kimi qiymətləndirir.

Belə ki, Bənəniyar kəndində son vaxtlar baş vermiş insan haqlarının kütləvi pozulması faktlarını araşdırmaq istəyən ABŞ və Norveç səfirliklərinin nümayəndələri  yanvarın 13-də bu kəndə gediblər. Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayıb, diplomatları hədələyərək, onları kənd sakinləri ilə hər hansı əlaqə yaratmadan kəndi tərk etməyə məcbur ediblər.
RATİ diplomatik korpus nümayəndələrinə qarşı bu hərəkətin məlumat və informasiya toplamaq azadlığının pozulması olduğunu və bunun  Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə, (məlumat azadlığı) "İnformasiya əldə etmək" haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə (İnformasiya əldə etmək azadlığı) zidd olduğunu bəyan edir.
RATİ bildirir ki, baş vermiş hadisədə 1961-ci ildə qəbul edilən “Diplomatik əlaqələr haqqında” Vyana konvensiyasının 3-cü maddəsində nəzərdə tutulmuş “yerləşmə dövlətindəki şərait və hadisələri qanuni yolla müəyyən etmək və bunlar haqqında akkreditə edən dövlətin hökumətinə məlumat vermək”  bəndi pozulmuşdur.
RATİ həmçinin vurğulayır ki, beynəlxalq qanunvericiliyə görə insan hüquqları heç bir ölkənin daxili işi sayılmır.  Bu səbəbdən də, hətta vətəndaşlığı olmayan şəxslərin də insan haqlarının pozulması hallarının araşdırmaq hüququ vardır.
RATİ bildirir ki, diplomatik korpus nümayəndələrinə qarşı baş vermiş bu hadisə Naxçıvandakı avtoritar rejim tərəfindən müstəqil jurnalistlərə, hüquq müdafiəçilərinə və sıravi vətəndaşlara qarşı insan haqlarının pozulması, təzyiq və təqib hallarının olduğunu bir daha təsdiq edir.
RATİ Azərbaycan və  Naxçıvan MR rəhbərliyini qanunlara və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq Konvensiyalara  əməl etməyə və diplomatik korpus nümayəndələrinə qarşı edilmiş hörmətsizliyə və qanunsuzluğa görə üzr istəməyə çağırır.

Previous Post

ABŞ VƏ NORVEÇ SƏFİRLİKLƏRİ BİRGƏ BƏYANAT YAYIB

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASI DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.