REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsinin ölümlə təhdid olunmasını pisləyir.

Belə  ki, dünən (17 mart) saat 12.30 radələrində ev telefonuna zəng edən naməlum şəxs baş redaktorun atasına “oğlun da, sən də çox danışmayın, yoxsa pis olar, hamınızı təhlükə gözləyir, sizi məhv edəcəyik” deyərək, ölümlə təhdid edib. Emin Fətullayev bu barədə polisə müraciət edib. Qeyd edək ki, Eynulla Fətullayev ötən həftə mərhum jurnalist Elmar Hüseynovun qətlinin MTN-in yüksək rütbəli zabiti tərəfindən təşkil olunması ilə bağlı açıqlamalarla çıxış edib.

RATİ  bəyan edir ki, ölümlə hədələmə Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət məsuliyyəti yaradır.
 

RATİ  Azərbaycan hüquq-mühafizə orqanlarını baş redaktorun ailəsini hədələyənləri taparaq, qanunvericilikdə nəzərdə  tutulmuş qaydada cəzalandırmağa çağırır.

Previous Post

JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN AİLƏSİNİN HƏDƏLƏNMƏSİ İLƏ BAĞLI BƏYANAT VERİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.