REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Avropa İnsan Haqları Məhkəməsinin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barədə verdiyi ədalətli qərarı alqışlayır.

Avropa Məhkəməsi İnsan hüquq və əsas azadlıqları haqqında Avropa Konvensiyanın 10-cu (ifadə azadlığı) və 6-cı maddələrinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulduğunu müəyyən edib, Fətullayevin ədalətsiz olaraq həbs olunduğunu qeyd edərək, Azərbaycan hökumətini onu azadlığa buraxmağa çağırıb. Eyni zamanda Məhkəmə Fətullayevə 27822 avro məbləğində təzminat ödənilməsini də müəyyən edib.

RATİ hesab edir ki, Avropa Məhkəməsinin qərarı tamamilə ədalətlidir və Azərbaycan məhkəmələrinin Fətullayev barəsində Azərbaycan iqtidarının siyasi sifariş əsasında qərar verdiklərini bir daha sübut edir.

RATİ xatırladır ki, Fətullayev yerli və beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınmasına baxmayaraq, o, Azərbaycan hakimiyyəti tərəfindən əsassız olaraq artıq 3 ildir həbsxana həyatı yaşayır. Azərbaycan hökumətinin söz azadlığına dözümsüzlüyünün digər bariz bir nümunəsi vicdan məhbusları kimi tanınan bloggerlər Emin Abdullayev (Milli) və Adnan Hacızadənin də siyasi sifariş əsasında həbsə atılmasıdır.

RATİ Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin qərarını icra etməyə və Fətullayevi dərhal azadlığa buraxmağa çağırır. RATİ eyni zamanda Azərbaycan hakimiyyətini bu qərardan nəticə çıxararaq, digər vicdan məhbusları olan Emin Abdullayev (Milli) və Adnan Hacızadəni də dərhal azadlığa buraxmağa çağırır.  

Previous Post

MİLLƏT VƏKİLİNİN NAZİRƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AVROPA MƏHKƏMƏSİ EYNULLA FƏTULLAYEVİN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI QƏRAR ÇIXARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.