MİLLƏT VƏKİLİNİN NAZİRƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (22 aprel) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə millət vəkili Pənah Hüseynin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə çıxış edən Pənah Hüseyn prosesin audio yazısının aparılması, həmçinin iddia tələbində dəyişiklik edilərək, sorğuya cavab verilməsi öhdəliyinin qoyulması ilə yanaşı, Füzuli Ələkbərovun inzibati qaydada cəzalandırılması ilə bağlı vəsatət qaldırdı.

Hakim birinci vəsatətin təmin edilməməsi, iddia tələbinin dəyişdirilməsi ilə bağlı vəsatətin isə qəbul edilməsi ilə bağlı qərar qəbul etdi.

Qarşı tərəfin nümayəndəsi bildirdi ki, indiyədək Pənah Hüseyn tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sorğu daxil olmuşdur ki, bunun da  da iddiaya səbəb olan sorğu ilə əlaqəsi yoxdur.

Pənah Hüseyn isə 2007-ci ilin avqustunda nazirliyə daxil olan məktubların reyestr kitabının məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət verdi. Hakim bu vəsatəti də təmin edərək növbəti prosesi 29 aprel saat 11:00-a təyin etdi.

Xatırladaq ki, Pənah Hüseyn 2007-ci ildən yazılı və şifahi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, Sabirabadda yaşayan və ünvanlı sosial yardım müavinəti alan şəxslərin ailələri, yaşadıqları ünvan, aldıqları yardımın məbləği və komissiya qərarlarının saatı göstərilməklə, məlumatların siyahı şəklində ona verilməsini istəyib. Nazirlik isə sorğuların bəzisinə ümumi cavab versə də, 23.08.2007-ci il tarixli sorğunu cavablandırmamışdır.

Previous Post

DÖVLƏT DƏSTƏYİ İLƏ MALİYYƏLƏŞƏN LAYİHƏLƏRİN MONİTORİNQ METODOLOGİYASI AÇIQLANDI

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.