REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (03 iyul) “Mediaforum” saytının əməkdaşı Erkin Xəlilovun polis olması ehtimal olunan mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalmasını pisləyir və bunu söz azadlığına təzyiq kimi qiymətləndirir.

Belə ki, Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın (DUİ) “Elmlər Akademiyası” metrostansiyasının qarşısında keçirdiyi aksiyada “Mediaforum” saytının əməkdaşı Erkin Xəlilovun  mülki geyimli polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxslər onun vəsiqəsini cırıb və fotoaparatını əlindən aldlqdan sonra ərazidən uzaqlaşdırıblar.

 

RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən jurnalistin hadisə yerindən reportaj hazırlamasına mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

 

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  bu gün jurnalistə təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır.  

 

Previous Post

“MEDİAFORUM” SAYTININ ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

Polis Azadlıq Blokunun Aksıyasının Qarşısını Alıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.