“MEDİAFORUM” SAYTININ ƏMƏKDAŞI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

İyulun 3-də Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın “Elmlər Akademiyası” metrostansiyasının qarşısında və akademiyanın qarşısında keçirdiyi aksiyada “Mediaforum” saytının əməkdaşı Erkin Xəlilov polis olduğu ehtimal olunan  mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb.

Bu barədə metronun qarşısında aksiya iştirakçıları ilə birlikdə zorla avtobusa mindirilən Erkin Xəlilov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşına bildirib ki, mülki geyimli polis onun jurnalist vəsiqəsini cırıb və fotoaparatını əlindən alıb.

 

Ərazidən uzaqlaşdırılaraq “Gənclik” metrostansiyası yaxınlığında sərbəst buraxıldıqdan sonra E.Xəlolov RATİ-yə bildirib ki, onun saxlanmasına səbəb şəkil çəkməsi olub. “Metro ilə üzbəüz yaşayış binasının 5-ci mərtəbəsindəki eyvanda “Yaşasın Müsavat” yazılmış plakatı çəkdim. Polislər həmin evin qapısını döysələr də açan olmadı. Mən isə bütün bunları çəkdiyimə görə, mülki geyimli şəxslər məndən zorla fotoaparatımı aldılar. Vəsiqə göstərərək jurnalist olduğumu bildirsəm də, onlar mənim vəsiqəmi cırdılar. Jurnalistlərə və Yasamal rayon polis idarəsinin rəisinə yaxınlaşaraq  bu barədə məlumat vermək istəyərkən, məni zorla sürüyərək avtobusa mindirdilər” – deyən E.Xəlilov əlavə etdi ki, fotoaparatı ona qaytarmayıblar. O, əlavə edib ki, “Mediaforum” saytının rəhbərliyi Daxili İşlər Nazirliyini mətbuat xidməti ilə əlaqə saxlayaraq, məsələni araşdırır.  

 

“Mediaforum” saytının redaktor müavini Hikmət Sabiroğlu RATİ-yə bildirib ki, Erkin Xəlilovun əlindən fotoaparatı almış mülki geyimli şəxsin kimliyi məlum olmadığı üçün, hazırda bu məsələ ilə bağlı araşdırma gedir.

 

Yasamal Rayon Polis İdarəsinin növbətçisi Mustafayev RATİ-yə bu barəd ə onlarda heç bir məlumatları olmadığını və 28-ci polis bölməsinə müraciət etməyi məsləhət gördü.

 

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsin növbətçi Əbderrəhmanov RATİ-yə bildirib ki, bu barədə bölmədə məlumat yoxdur.

 

Previous Post

Musavat Partiyasının Mitinqi Polis Tərəfindən Dağlıdılıb

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.