REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı iddiasının təmin olunmasından təəssüflənir və bu qərarı müstəqil mətbuata qarşı təzyiq kimi qiymətləndirir.

Belə ki, “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə şərəf ləyaqətinin alçaldıldığını və təhqir olunduğunu hesab edən akademik Ramiz Mehdiyevin yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri” Uşaq Evinə köçürülməsi barədə iddiası iyulun 2-də təmin olunub.

 

RATİ hesab edir ki, “Xural” qəzeti məhkəmədə iddiaçının təkzib fikirlərini dərc etməyə hazır olduğunu bəyan etdiyi halda, iddianın təmin edilməsi, xüsusilə də 10.000 manat cərimə kəsilməsi qəzet üçün böyük təzyiqdir. Bütün bunları nəzərə alaraq RATİ həmçinin hesab edir ki, 10.000 manat təzminatı ödəmək gücündə olmadığı üçün, bu qərar maddi problemlərlə həftəlik nəşr olunan və “Xural” qəzeti üçün daha böyük çətinliklər yaradacaq.

 

RATİ Ramiz Mehdiyevi və yuxarı məhkəmə instansiyasını “Xural” qəzetinin təkzib dərc etməsini nəzərə alaraq, 10.000 manat cərimədən azad etməyə çağırır.

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

GÜNÜN ANONSU 5 İYUL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.