REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalist Elmin Bədəlovun apellyasiya şikayətinin təmin edilməməsindən təəssüflənir və bu qərarı ədalətsiz hesab edir.

Belə ki, tələbə-jurnalist E.Bədəlov 12 noyabr 2009-cu il tarixdə təhsil aldığı ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj”   adlı  məqalə yazdıqdan sonra ali məktəbdə təzyiqlərlə üzləşdiyini bildirib. 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunan Elmin Bədəlovun imtahanlardan qərəzlə kəsildiyini iddia edərək, “ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi” ilə bağlı ADNA-ya və ADNA-nın rektoru Siyavuş Qarayevə qarşı qaldırdığı iddia Nəsimi rayon məhkəməsində 05 aprel 2010-cu ildə təmin edilməyib. 02 iyulda Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

 

RATİ bir daha xatırladır ki, tələbə-jurnalist Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir.

 

RATİ Elmin Bədəlovun fikirlərini azad ifadə etdiyinə görə təzyiqə məruz qaldığını hesab edir və yuxarı məhkəmə instansiyasını bu qərarı ləğv etməyə və jurnalistin şikayətini təmin etməyə çağırır.

 

Previous Post

HİLLARİ KLİNTON AZƏRBAYCAN RƏSMİLƏRİ İLƏ BLOGGERLƏRİN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.