REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) blogger Adnan Hacızadənin vaxtından əvvəl azad edilməsi ilə bağlı iddiasının təmin edilməməsi ilə bağlı qərarı pisləyir və bu qərarı hakimiyyətin siyasi sifarişi hesab edir.

Belə ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikə görə saxta xuliqanlıq ittihamı əsasında 2 il həbs cəzası alan Adnan Hacızadə cəzasının yarısını çəkdiyi üçün vaxtından əvvəl azad olunması barədə qaldırdığı iddia bu  gün (26 iyul) təmin olunmayıb.

 

 RATİ xatırladır ki, Adnan Hacızadə və digər blogger Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

RATİ hesab edir ki, Adnan Hacızadənin vaxtından əvvəl azad olunması ilə bağlı iddiasının təmin olunmaması barədə qərarı Azərbaycan hakimiyyətinin tənqidə və azad sözə qarşı dözümsüz münasibətinin nəticəsidir. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuatın 135 illiyi ilə bağlı etdiyi çıxışda Azərbaycan hakimiyyətinin tənqidə, hətta təhqirə qarşı dözümlü olmasından söz açmışdı. Bu günkü qərar isə göstərir ki, bu fikirlər yerli və beynəlxalq ictimaiyyətin gözündən pərdə asmağa yönəlmişdir.

 

 RATİ Azərbaycan hakimiyyətini gənc bloggerlər – Adnan Hacızadə və Emin Millini, həmçinin digər vicdan məhbusu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi dərhal azad etməyə çağırır.

 

Previous Post

MƏHKƏMƏ ADNAN HACIZADƏNİN VAXTINDAN ƏVVƏL AZAD OLUNMAQLA BAĞLI ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

İCTİMAİ VƏSAİTİN MONİTORİNQİ MƏRKƏZİNİN RƏHBƏRİ İNQİLAB ƏHMƏDOVLA MÜSAHİBƏ 1 C İ HİSSƏ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.