REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin direktoru Azər Əhmədova qarşı həyata keçirilən “qara piar” təxribatından ciddi narahatçılıq hissi keçirir.

RATİ hesab edir ki bu cur çirkin yolla media nümayəndəsinin şəxsi həyatına müdaxilə edib, etik normaları gözləmədən onun barəsində qeyri qanuni və gizlin yolla çəkilən video görüntüləri yaymaq qəti yolverilməzdir.RATİ hesab edir ki,  bu cur hallar parlament seçkiləri dövrünü yaşayan Azərbaycanda yalnız tənqidçi mövqedə duran “Azadlıq” qəzetinə qarşı yox, ümumilikdə vətəndaş cəmiyyətinə və xüsusilə söz azadlığına qarşı istifadə edilə bilər.
Belə ki, Azərbaycanda mediaya basqılar adətən “qara piar”la başlayır və söz azadlığını boğmaq istəyən qüvvələr sonra daha ciddi addımlara əl atırlar.  RATİ xatırladır ki,   2005-ci ilin fevral ayında da “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) və qəzetin direktoru Azər Əhmədov buna bənzər təxribatla  üzləşmişdilər. Həmi hadisədən cəmi bir həftə sonra, 2005-ci il mart ayın 2-də  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirildi və bu qətlli sifariş edənlər, və icra edənlər    hələ də cəzalandırılmayıblar. Xatırladaq ki,  oktyabrın 12-də sosial şəbəkələrdə Azər Əhmədovu bədnam edən pornoqrafik xarakterli video görüntü yerləşdirildi.
RATİ hesab edir ki, bu video görüntü Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, habelə beynəlxalq aktlara zidd olaraq insanın şəxsi həyatına müdaxilədir. Habelə RATİ hesab edir ki, bu kampaniyanın həyata keçirilməsində hüquq mühafizə orqanlarından istifadə olunub.
 Bu səbəbdən də RATİ Azərbaycan hökumətini şəxsin həyatına müdaxilə edən və gizlin şəkildə aparılmış video görüntülərin ərsəyə gəlməsi və bu video görüntülərin sosial şəbəkədə yer almasında rol oynamış  şəxslərin məsuliyyətə cəlb etməyə çağırır.   

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.