REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) www.eqreb.com satirik saytına girişin bloklaşdırılmasını pisləyir və bunu hökumətin internet üzərində qeyri formal senzurası kimi qiymətləndirir.

Qeyd edək ki, oktyabrın 8-dən www.eqreb.com  satirik saytına adi qaydada girmək bloklaşdırılıb. Sayta  proksi saytların xidmətindən istifadə edərək girmək mümkündür. Bu isə qadağanın Azərbaycan sərhədləri daxilində tətbiq olunduğunu praktiki sübut edir. RATİ hesab edir ki, www.eqreb.com saytına qadağanın tətbiqi təsadüfi deyil. Bu zamana qədər də Azərbaycanda  hakimiyyəti sərt tənqid edən www.tinsohbeti.com, www.susmayaq.biz  saytları da oxşar aqibətlə üzləşiblər. Son nəticədə bu saytlar fəaliyyətlərini dayandırmağa məcbur olublar. Habelə zaman-zaman Azərbaycanda müxtəlif tənqidçi qəzetlərin internet səhifələri haker hücumlarına məruz qalıb və ya Naxçıvan Muxtar Respublikasında da  insan hüquqları mövzusunu işıqlandıran  saytlara girişi bloklaşdırıb. RATİ , Azərbaycan hökumətini www.eqreb.com saytının bloklaşdırılmasına son qoymağa, KİV və ümumilikdə internet üzərində istənilən formada senzura tətbiqini dərhal dayandırmağa çağırır.
Previous Post

“AZADLIQ” QƏZETİNİN İNTERNET SƏHİFƏSİ HAKER HÜCUMUNA MƏRUZ QALIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.