*REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI*

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Ali
Məhkəməsinin Eynulla Fətullayev barədə Apellyasiya Məhkəməsinin 05 noyabr
2010-cu il tarixində çıxardığı həbs qətimkan tədbirinin ləğv edilməsinə dair
verilmiş  kassasiya şikayətinin təmin edilməməyini pisləyir və bu addımı
Azərbaycan hökumətinin jurnalistin Avropa Məhkəməsinin qərarına uyğun olaraq
azad etmək istəməsi kimi dəyərləndirir.

Belə ki, noyabrın 11-də Avropa İnsan Haqları Məhkəməsinin Eynulla
Fətullayevin dərhal azadlığa buraxılması haqqında qərarını icraata yönəltmək
əvəzinə Ali Məhkəmənin Plenumu saxta qeyri-qanuni narkotik maddə saxlama işi
üzrə Eynulla Fətullayev barəsində Apellyasiya Məhkəməsi tərəfindən seçilmiş
5 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbiri haqqında qərara istinad
edərək, jurnalisti azad etməmişdi.

RATİ hesab edir ki, hakimiyyət həbsxanada olan jurnalistə qəsdən narkotik
maddə atıblar (29 dekabr 2009), sonradan onun 2 il 6 ay müddətinə azadlıqdan
məhrum edilməsi barədə qərar çıxarılıb, bu o məqsədlə edilib ki, jurnalisti
Avropa Məhkəməsinin onun dərhal azadlığa buraxılması barədə 22 aprel 2010-cu
il qərarına baxmayaraq yenə də həbsdə saxlasınlar.

RATİ hesab edir ki, Avropa və milli hüququn dəyərlərini açıq şəkildə rədd
edən hakimiyyət növbəti dəfə sübut etdi ki, Azərbaycanda qanunun aliliyinin
tanınmaması və insan hüquqlarının total pozulması adi haldır.

RATİ Azərbaycan hökumətini Avropa və milli hüququn dəyərlərinə hörmətlə
yanaşmağa,   3 il 8 aydan artıq müddət ərzində  həbsdə saxlanılan jurnalist
barəsində   Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarı dərhal icra
etməyə çağırır.

Previous Post

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.