ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

       Dekabrın 28-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi
ilə keçirilən prosesdə həbsdə olan jurnalist Eynulla Fətullayevin kassasiya
şikayəti təmin edilmədi. Şikayət jurnalist haqqında  həbs qətimkan
tədbirinin seçilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu
il tarixli qərarından verilmişdi.

  Habelə kassasiya şikayətində jurnalistin dərhal həbsdən azad olunması və
qanunsuz narkotik maddə saxlanması ittihamı üzrə təkrar məhkəmə istintaqının
keçirilməsi isə bağlı tələblər öz  əksini tapmışdı.  Bundan əlavə,
Fətullayev əsassız yerə istintaq altında saxlandığına görə ona kompensasiya
ödənilməsini tələb edirdi.

Lakin məhkəmə müşavirəyə gedərək kassasiya şikayətini təmin edilməməyi və
işin  Bakı Apellyasiya Məhkəməsinə qaytarılması haqqında qərarını elan etdi.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin
234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik
vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq
miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır.
Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində
Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş
ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya
Məhkəməsində baxılır.

Onu da qeyd edək ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi
Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin
iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs
edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc
olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq
qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli
Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı
cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə)
və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya
dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb
və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan
istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə)
da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər
üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan
məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd
edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki,
jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822
avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın
11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu
qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub.

Previous Post

*EYNULLA FƏTULLAYEVİN VƏKİLİNƏ ONU MÜDAFİƏDƏN ƏL ÇƏKMƏSİ ÜÇÜN TƏZYİQLƏR EDİLİR*

Next Post

*REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.