Martın 9-da vəkilləri Anar Qasımov və Əsabali Mustafayev qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs olunmuş AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı ilə görüşüblər.
Vəkil bu rəyi ziddiyyətli hesab edir və Cabbar Savalanın əleyhinə istifadə oluna biləcəyini ehtimal edir.
Müdafiə tərəfin alternativ ekspertiza keçirilməsi barədə vəsatəti təmin edilməyib və onlar bu qərardan şikayət vermək niyyətindədirlər.
Qasımov həmçinin təkrar ekspertiza keçirilməsi, Narkoloji Dispanserin rəyi verən həkimlərinin istintaqda şahid kimi dindirilməsi, alternativ ekspertiza üçün Cabbar Savalandan vəkillərinin iştirakı ilə qan nümunəsi götürülməsi barədə yeni vəsatət qaldırıb.
Müdafiə tərəfi həmçinin Savalanın işi üzrə müstəntiqin dəyişdirilməsini istəyir.
Xatırladaq ki, Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.