REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin qapadılmasını kəskin səkildə qınayır.

  2011-ci il martın 7-də MDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoriyevs Ədliyyə Nazirliyinə çağırılıb və ona ofisin bağlanması haqqında xəbərdarlıq məktubu təqdim edilib. Məktubda Azərbaycan qanunvericliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və MDİ-dən Azərbaycanda fəaliyyətini dayandırmaq tələb olunur.

 

            RATİ hakimiyyətin bunu həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyətinə qarşı atılan addım kimi qiymətləndirir. Belə ki, MDİ dəfələrlə qeydiyyata alınmaq üçün müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə onu qeydiyyata almaqdan imtina edilib. Ədliyyə Nazirliyi qeydiyyata almaq istəmədiyi təşkilata belə bir məktub göndərməsi bir daha hakimiyyətin ona qarşı qərəzli mövqe tutuduğunu göstərir. Bu hal sübut edir ki, Ədliyyə Nazirliyi bunu siyasi hakimiyyətin sifarişi nəticəsində həyata keçirib.

 

            RATİ hesab edir ki, MDİ Azərbaycanda əsasən seçkilərin monitorinqi və gənclərin işi ilə məşğul olduğundan məhz bu cür münasibətə məruz qalıb. Hər iki sahə Azərbaycan hakimiyyətinin ən çox tənqidlərlə üzləşdiyi sahələrdir. Bu cür addımın son dövrlərdə Azərbaycanda həbs edilən gənc fəalların həbsi ilə eyni vaxtda həyata keçirilməsi təsadüfə oxşamır.

            RATİ Azərbaycan hakimiyyətini bu cür addımlara son qoymağa və MDİ-ni qeydiyyata almağa çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti, xüsusuilə ABŞ ictimaiyyətini bu addımı qınamağa  və onun qarşısını almaq üçün səylər göstərməyə çağırır.

 

Previous Post

ATƏT-İN MEDİA AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ AZƏRBAYCANI HƏBSDƏ OLAN JURNALİSTİN TƏQİBİNƏ SON QOYMAĞA ÇAĞ

Next Post

HACIQABULDAKI HƏRBİ ŞƏHƏRCİKDƏ YAŞAYAN İKİ AİLƏ ACLIQ AKSİYASI KEÇİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.