ATƏT-İN MEDİA AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ AZƏRBAYCANI HƏBSDƏ OLAN JURNALİSTİN TƏQİBİNƏ SON QOYMAĞA ÇAĞ

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç martın 10-da Azərbaycan hökumətini həbsdə olan jurnalist Eynulla Fəatullayevin təqibinə son qoymağa, ATƏT qarşısında media azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməyə və jurnalistin azad edilməsi barədə Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırdı.

Martın 2-də Fətullayev 1 nömrəli cəzaçəkmə müəssisəsinə köçürüldü. Baxmayaraq ki, o, Ədliyyə Nazirliyinə müraciət etmişdi ki, daha təhlükəsiz cəzaçəkmə müəssisəsinə köçürülsün. Həyatına ola təhlükəni nəzərə alaraq Fətullayev karserə köçürülməyi xahiş edib.

“Mən Fətullayevin təhlükəsizliyi və sağlamlığı barədə çox narahatam. Həmçinin onun ailəsinin anonim təhdidlərə məruz qalması da məni narahat edir”, – deyə  Miyatoviç deyib.

“Mən Azərbaycan hökumətini ATƏT qarşısında media azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməyə, jurnalistin və onun qohumlarının tam təhlükəsizliyini təmin etməyə çağırıram. Azərbaycan hakimiyyəti yalnız Avropa məhkəməsinin qərarını yerinə yetirməməklə kifayətlənmir, həmçinin Fətullayevə təzyiq göstərməyi davam edir. Buna təcili surətdə son qoyulmalı, Fətullayev dərhal azad edilməlidir”, – deyə o vurğulayıb.

 

Previous Post

BEYNƏLXALQ MÜRACİƏT: İFADƏ AZADLIĞINA HÜCUM DAVAM EDİR; GƏNC FƏALLAR HƏDƏFDƏ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.