
RATİ qeyd edir ki, bu ilk hal deyil və bu ilin yanvarın 19-da analoji hadisə baş vermiş, hətta Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev ofisin ətrafında olmuşdur. Həmin vaxt RATİ sədri Emin Hüseynov bu cür halların aradan qaldırılması üçün Daxili İşlər naziri Ramil Usubova açıq məktubla müraciət etmişdi.
RATİ hesab edir ki, edir ki, baş verənlər hüquq müdafiəçilərinin və media nümayəndələrinin qorxudulmasına, onları psixoloji təzyiq altında saxlamağa hesablanmış addımdır və bu kimi addımlar söz və ifadə azadlığının boğulmasına “xidmət” edir.
RATİ Azərbaycan hökumətini, konkret olaraq hüquq-mühafizə orqanlarını bu cür repressiv üsullardan əl çəkməyə, hüquq müdafiəçiləri və jurnalistlərin fəaliyyəti üçün normal şərait yaratmağa çağırır. RATİ beynəlxalq ictimaiyyətə, xüsusilə demokratik ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərlərinə müraciət edir ki, bu kimi halların aradan qaldırılması üçün öz səylərini göstərsinlər.