GƏNC FƏALLA BAĞLI İBTİDAİ İSTİNTAQIN MÜDDƏTİ ARTIRILIB

Gənc fəal, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlıya qarşı başlamış cinayət işinin istintaqı bu gün yekunlaşmalı idi. Amma müdafiə tərəfinin işini tələm-tələsik başa vurulmamağına dair  Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Ziyadxan Əliyev qarşısında qaldırdığı vəsatət təmin edilib və  istintaq müddəti qeyri müəyyən vaxta artırılıb. Bu barədə martın 18-də “Mediaforum” xəbər saytına  gənc fəalın vəkili Anar Qasımov məlumat verib.

Anar Qasımov bildirdi ki,  Sumqayıt Şəhər Məhkəməsinə müstəntiq Ziyadxan Əliyevin hərəkətlərindən, eləcə də Cabbar Savalanlının narkoloji ekspertizadan təkrar keçirilməsindən imtina olunmağına görə şikayət verilib və məhkəmə martın 28-də, hakim Təhminə Xəlilovanın sədrliyi ilə keçiriləcək. Yalnız bu məhkəmə proseslərindən sonra  ibtidai istintaqa yekun vura bilər.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

JURNALİSTLƏR VƏ GƏNC FƏALLAR BƏXTİYAR HACIYEVİN YAXINLARI İLƏ GƏNCƏDƏ GÖRÜŞÜBLƏR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.