REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Əfv fərmanı ilə "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin azadlığa çıxmasını alqışlayır.

Belə ki, Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər saxta ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirildi  ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin etmişdi.

Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Bu qərardan verilən apellyasiya şikayəti də təmin edilməmişdi. Hal-hazırda Ali Məhkəməyə kassasiya şikayəti verilib.

RATİ ümid edir ki, Ali Məhkəmə Fətullayev barəsində işə xitam verəcək və Avropa məhkəməsinin Eynulla Fətullayevə ödənilməsi müəyyən edildiyi kompensasiya hökumət tərəfindən Fətullayevə ödəniləcək.

RATİ bəyan edir ki, Eynulla Fətullayevin azad edilməsi Azərbaycanda söz azadlığının real durumuna müsbət təsir edəcək bir haldır, lakin yenə də siyasi məhbusların sayının çox olması  Azərbaycanın adının söz azadlığı olmayan ölkələr sırasında qalmasına səbəb olacaq.

  RATİ hesab edir ki,  Azərbaycan hökuməti  saxta ittihamlarla həbs olunmuş və  Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınan gənc fəallar  Cabbar Savalanlını, Bəxtiyar Hacıyevı  və 2 aprel mitinqi zamanı həbs edilən Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Elşən Həsənov, AXCP üzvləri Məhəmməd Məcidli, Sahib Kərimov, Babək Həsənov və vətəndaş Ülvi Quliyevi azad etməli, eyni zamanda Facebook sosial şəbəkəsindəki yazılarına görə barəsində cinayət işi açılmış Elnur Məcidlinin axtarışını dayandırmalıdır.

 

Previous Post

JURNALİSTİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

RESPUBLİKAÇI ALTERNATİV VƏTƏNDAŞ HƏRƏKATININ HƏMSƏDRİ ERKİN QƏDİRLİ İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.