JURNALİSTİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (27 may) Səbail rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun  Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı iddiası üzrə məhkəmə hazırlıq prosesi keçirildi.

Prosesin qapalı keçirilməsi səbəbi əsas gətirilərək, RATİ-nin nümayəndəsi məhkəmə zalına buraxılmayıb.

Prosesdən sonra R. İbrahimov RATİ-yə açıqlamasında bildirdi ki, iclasda özü və dövlət ittihamçısı Rəsmiyyə Kazımova iştirak etsələr də, cavabdeh tərəfdən heç kim məhkəmə prosesində iştirak etməyib.

R. İbrahimov Prezident Aparatının qarşısında quraşdırılan kameralardan hadisənin necə baş verməsinin aydınlaşdırılmasının mümükünlüyünü bildirdi ki, faktın lazımınca araşdırılmadığını qeyd etdi.

Müşavirə elan edən hakim F. Hüseynov iddianın təmin edilməməsi barədə qərarını elan etdi.

Jurnalist hakimin bu qərarından apellyasiya şikayəti verəcəyini dedi.

Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov  fevralın 12-də Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən mülki geyimli şəxslər tərəfindən fiziki hücuma məruz qalması ilə bağlı  Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edib. Lakin bölmədə onun şikayəti araşdırılmayıb. Təhqiqatçı Fazil Mahmudovun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Jurnalist həmin qərardan şikayət verib.

 

 

 

Previous Post

EYNULLA FƏTULLAYEV AZAD EDİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.