İyulun 17-də “Monitor” jurnalının 2005-ci il martın 2-də qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun anadan olmağının 44-cü ili tamam olur. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalistin qətlindən 6 il-dən artıq vaxt ötməsinə baxmayaraq, bu qətlin üstünün hələ də açılmamasına görə Azərbaycan hakimiyyətini qınayır.
Məlumatda daha sonra bildirilir ki, cinayət iştirakçılarının müəyyən edilib saxlanması üzrə Daxili İşlər Nazirliyinin Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıblar. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.
Daxili işlər nazirliyinin rəsmi www.mia.gov.az saytında yerləşdirən bu məlumat bir daha sübut edir ki, Azərbaycan hökuməti Elmar Hüseynovun qətlini sifariş edən və həyata keçirənləri mühakimə etmək fikrində deyil. Əks təqdirdə E.Hüseynovun da qətlində adı hallanan şəxslərin Gürcüstan hüquq mühafizə orqanlarının köməkliyi ilə Bakıya gətirmək olardı.
Bütün bunları nəzərə alaraq RATİ istisna etmir ki, Elmar Hüseynovun qətlinin arxasında məhz Azərbaycan iqtidarının yüksək çinli nümayəndələri durur.
RATİ bir daha Azərbaycan iqtidarını jurnalistin qətlinin obyektiv araşdırılması üçün qonşu və müttəfiq dövlətlərin hüquq mühafizə orqanları ilə birgə sıx əməkdaşlıq edərək qətldə günahı olan hər bir kəsi tezliklə cinayət məsuliyyətinə cəlb etməyə cağırır.
RATİ bir daha bəyan edir ki, cinayətin üstü acılmayacağı təqdirdə bunun siyasi məsuliyəti bir qara ləkə olaraq Azərbaycan iqtidarının üzərində qalacaqdır.