REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayevaya polislər tərəfindən edilmiş təzyiqi qətiyyətlə pisləyir və bunu jurnalistin fəaliyyətinin məhdudlaşdırılması ilə ifadə azadlığının pozulması  kimi qiymətləndirir.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində  Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov və üzvlərinin məhkəmə prosesi zamanı  məhkəmənin qarşısında həbs edilmiş dindarların tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayeva videokamera ilə çəkiliş aparırmış. Lakin polis əməkdaşları Nüşabə Fətullayevin əlindəki kameranı alıb və çəkdiyi kadrları kameradan siliblər. Kameranı alan zaman polislər Nüşabə Fətullayevə fiziki təzyiq ediblər. Onun qolunu vurub kameranı əlindən alıblar.

 

RATİ qeyd edir ki, artıq Azərbaycanda jurnalistlərin təzyiqlərlə üzləşməsi  adi hal almağa başlayıb. Belə ki, son üç-dörd ay ərzində bəzi jurnalistlər oğurlanaraq döyülür, bəziləri məhkəmə qarşısında, mitinqlərdə çəkiliş aparan zaman fiziki təzyiqə məruz qalırlar və ya  saxta ittihamlarla (narkotik  maddə saxlanma, xuliqanlıq və  s ittihamlarla )həbs edilirlər.

RATİ hesab edir ki, Avropa Şurası qarşısında öhdəlik götürən Azərbaycan Respublikasında insanların təməl hüquqlarından olan ifadə azadlığı hüququ məhdudlaşdırılırsa, jurnalistlərin fəaliyyətinə mane törədilirsə bu ölkədə demokratiyanın olması beynəlxalq təşkilatlarda şübhə doğurur.

RATİ bəyan edir ki, demokratik ölkə olduğunu bəyan edən Azərbaycanda jurnalistlərə qarşı fiziki təzyiq edilməsi, onların kameralarının əllərindən alınması  Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) Cinayət Məcəlləsinin 163-cü (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma)və  İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı edilən təzyiqlərə son qoymağa və  jurnalistlərə təzyiq edən şəxslərə qarşı cəzalandırmağa  çağırır.

Previous Post

ƏCNƏBİ JURNALİSTLƏRLƏ BAĞLI İŞ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Next Post

AXCP GƏNCLƏR KOMİTƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİ MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.