ƏCNƏBİ JURNALİSTLƏRLƏ BAĞLI İŞ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Bakıda ABŞ vətəndaşı Amanda Erickson və Böyük Britaniya vətəndaşı Celia Daviesin döyülməsi ilə bağlı açılan cinayət işi yekunlaşıb.

Bu barədə “Azadlıq” Radiosuna Yasamal rayon polis idarəsinin müstəntiqi Erol Əliyev məlumat verib.

         Müstəntiqin sözlərinə görə, istintaq avqustun 22-də başa çatıb, iş Yasamal Rayon Məhkəməsinə göndərilib.

               Qeyd edək ki, Təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov əcnəbilərin döyülməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

                 Xatırladaq ki, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, hadisə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında baş verib. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi  xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin  onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb.  Amanda   Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

 

Previous Post

GƏNC FƏALA CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ QƏZET OXUMAĞA İCAZƏ VERİLMİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.