RATİ-NİN JURNALİST-YAZIÇI RAFİQ TAĞIYA OLAN SUİ-QƏSDLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu jurnalist-yazıçı Rafiq Tağıya qarşı həyata  keçirilmiş sui-qəsd cəhdini  qınayır və bunu Azərbaycanda  ifadə azadlığına ciddi  zərbə kimi qiymətləndirir.

Yazıçı-jurnalist  Rafiq Tağı noyabrın 19-u axşam saatlarında işdən çıxaraq evə gedərkən, evinin yaxınlığında bıçaqlanıb. Həyat üçün çox təhlükəli 6 bıçaq yarası alan jurnalistin  həyatı  həkimlərin  onun üzərində keçirdiyi 7 saatlıq cərrahiyə əməliyyat nəticəsində xilas etmək  mümkün olub. Cərrahiyyə əməliyyatın keçirən həkimlərdən biri Abbas Abbasov  bildirib ki, bucaq zərbələri R.Tağının 2 qabırğası və sol çiyinin arxa sümüyü sınıb, mədəsi və ürək və  diafraqması zədələnib, dalağını isə ümumiyyətlə amputasiya etməyə  məcbur olublar.  Hazırda R.Tağı Kliniki Tibbi Mərkəzin cərrahiyə şöbəsində müalicə alır,  onun vəziyyəti stabilləşsə də hələ  ağır olaraq qalır.

Rafiq Tağının bıçaqlanması faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlayıb. Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.
RATİ hesab edir ki, bu sui-qəsd jurnalist peşə fəaliyyəti ilə bağlıdır. R.Tağının ən son noyabrın 11 də www.kulis.az-la portalında dərc etdiyi  İran İslam Respublikası hökumətini və İslam Respublikasının ali dini rəhbərini sərt tənqid edən “İran və qloballaşma qaçılmazlığı”    məqaləsidir.
RATİ ehtimal edir ki,  bu cinayəti törədə biləcək bir necə maraqlı qüvvə ola bilər. Bələ ki,  bu cinayəti həm yerli radikal dindar  və ya  Azərbaycanda daxili siyasi  gərginlik yaratmaq istəyən qonşu İranın İslam Respublikasının  xüsusi xidmət orqanları tərəfindən həyata keçirilə bilər. Lakin RATİ  bu cinayətin arxasında Azərbaycan iqtidarının nəzarətində olan  güc mərkəzlərinin də olmağını istisna etmir. Belə ki, bu sui-qəsdi həyata keçirməklə Azərbaycandan diffamasiya görə cinayət təqibini aradan götürməsini istəməyən  qüvvələr də həyata keçirə bilər. Bələ ki,  son vaxtlar Azərbaycan iqtidarının bəzi nümayəndələri tezliklə diffamasiyaya görə cinayət təqibini aradan götürəcəyi barədə beynəlxalq ictimaiyyətə vədlər verir digərləri  isə bunun üçnü cəmiyyətin hazır olmadığını bildirir. İkinci  fikrin tərəfdarları bildirirlər ki, əgər jurnalisti yazına görə həbsə atmaq mümkün olmayacaqsa jurnalistlər “özü məhkəmə” ilə rastlaşa bilərlər və burada onlar həbslə yox həyatını itirmək təhlükəsi ilə üzləşə bilərlər.
Xatırladaq ki, 2006-ci ilin noyabrı ayında  işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Məhz o zaman Azərbaycan iqtidarının nümayəndələri aciqlamalarında bildiridilər ki jurnalisti həbs edərək faktiki onu ölümdən qurtardılar.
RATİ yuxarıda sadalanan sui-qəsdin motivlərini eyni prosesin tərkib hissəsi   ehtimal edir, lakin bu işdə son sözü rəsmi  istintaqın deyəcəyinə ümid edir
RATİ Azərbaycan hökumətindən bu sui-qəsdi sifariş edən və icra edən şəxsləri tapıb ədalət mühakiməsinə çıxarmağa çağırır.

Previous Post

YAZIÇI-JURNALİST RAFİQ TAĞIYA SUİ-QƏSD EDİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.