ƏTRAFLI ARAŞDIRMA TƏLİMİ PROQRAMININ İLK MƏZUNLARI TƏLTİF EDİLDİLƏR

 Bu gün ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Jurnalistlər Mərkəzi və Cigiz Mustafayev Fondunun birgə həyata keçirdiyi layihə – Ətraflı Araşdırma Təlimi Proqramını bitirmiş ilk səkkiz nəfərin təltifetmə mərasimi keçirilib.

Müəyyən təcrübələri olan səkkiz jurnalistə dörd ay ərzində intensiv jurnalistika təlimləri keçirilib, çap, radio və televiziya materialları hazırlamaq vərdişləri öyrədilib.   
Baş təlimçi Çak Rays mərasimdə çıxış edərək bildirdi ki, tələbələrin mənimsədiyi ən böyük vərdiş qətiyyətlilik olub. Demək olar ki, bütün tələbələr təlimlər zamanı yazdıqları yazılar üçün dövlət rəsmilərindən müsahibələr götürüblər, məhz inadkarlıqdan sonra nəticədə 90 %-dən artıq müsahibələr uğurlu alınıb.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev tələbələr və qonaqlar qarşısında çıxış etdi. O öz qardaşını, Dağlıq Qarabağda həlak olmuş jurnalist Çingiz Mustafayevi xatırladı və bu proqramı dəstəklədikləri üçün Çingiz Mustafayev Fondu adından qardaşının ailəsinə minnətdarlığını bildirdi. Mustafayev demokratik cəmiyyətdə müstəqil mətbuatın vacibliyini qeyd etdi: “Bizdə Amerikada olan demokratiya yoxdur, lakin Türkmənistandan yaxşıyıq”.
ABŞ-ınAzərbaycandakı səfiri Enn Dersi, Prezident Aparatı İctiami-siyasi şöbəsinin müdirinin müavini Nazim İsayev və Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim mərasimdə çıxış ediblər.
Eyni treninqlərin keçirilməsi üçün daha iki qrup seçiləcək və növbəti qrup treyninqlərə fevraldan başlayacaq. Layihənin məqsədi maraqlanan jurnalistlərə praktiki  və ətraflı araşdırma yazılar yazmaq vərdişləri aşılamaqla Azərbaycanda jurnalistika standartlarını inkişaf etdirilməsidir. Layihə haqqında daha ətraflı məlumat üçün  www.icfj.org ünvanına baxa bilərsiniz.

Previous Post

TƏRƏFLƏR BARIŞIĞA RAZI OLDULAR

Next Post

MİLLİ MƏCLİSİN MƏTBUATDA İŞIQLANDIRILMASINDA MƏHDUDİYYƏT VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.