MİLLİ MƏCLİSİN MƏTBUATDA İŞIQLANDIRILMASINDA MƏHDUDİYYƏT VAR

“2007-ci ilin yaz sessiyasından etibarən Milli Məclisin fəaliyyətinin mətbuatda işıqlandırılmasında məhdudiyyətlər olub.

Bizə bu məlumatları jurnalistlərin özləri veriblər”. Bu sözləri Seçki Monitorinq Mərkəzinin icraçı-direktoru Anar Məmmədli vətəndaş-parlament əlaqələrinin monitorinqi üzrə yekun hesabatın təqdim edilməsi ilə bağlı keçirilən mətbuat konfransında söyləyib. Yekun hesabatın bədlərindən biri Milli Məclisin fəaliyyətinə dair ictimaiyyətin məlumatlandırılmas adlanır. Hesabatda qeyd edilir ki, televiziyaların Milli Məclisin və daimi komissiyaların iclaslarında birbaşa çəklişin aparılması qadağan edilib. Televiziyalara parlamentin öz studiyasında çəkilmiş və montaj olunmuş videosüjetlər verilir Parlamentin iclaslarında deputatların çıxışlarının audio və video köçürülməsinə problemlər yaradılır. Hesabat Milli Məclisin 2006-cı il payız, 2007-ci lin isə yaz və növbədənkənar sessiyalarını əhatə edir.  
 

Previous Post

ƏTRAFLI ARAŞDIRMA TƏLİMİ PROQRAMININ İLK MƏZUNLARI TƏLTİF EDİLDİLƏR

Next Post

ŞAHİDLƏR MƏHKƏMƏYƏ GƏLMƏKDƏN İMTİNA EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.