BEYNƏLXALQ İCTİMAİYYƏT FƏTULLAYEVLƏ BAĞLI AZƏRBAYCAN HAKİMİYYƏTİNİ SƏRT TƏNQİD EDİB

ATƏT-in rəsmi saytında təşkilatın media azadlığı  üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti həbsdə  olan jurnalist Eynulla Fətullayevlə bağlı bəyanatı yer alıb.

Bəyanatda bildirilir ki, baş redaktora qarşı irəli sürülmüş ittiham hakimiyyəti tənqid edən şəxslərdən birinə qarşı növbəti təxribatdır. Haraşti Fətullayevin saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisində  baş redaktora iki dəfə baş çəkdiyini, bu həbsxananın yüksək səviyyədə qorunduğunu və orada hər hansı bir narkotik maddənin tapılması ilə bağlı ittihamın inandırıcı olmadığını bəyan edib.  Daha sonra bəyanatda qeyd edilir ki, Azərbaycan hakimiyyəti ona müxalif olan səsləri boğur. Bəyanatda hakimiyyətin  söz azadlığı sahəsində ATƏT qarşısında  götürülən öhdəliklərə riayət etməsinə çağırılır.  

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Eynulla Fətullayevlə bağlı bəyanatla çıxış edib. Bəyanatda Penitensiar Xidmət və Qaradağ Polis İdarəsi Eynulla Fətullayevə qarşı bu qurama ittihamı geri götürməyə və narkotik maddaləri ona atan şəxsləri tapmağa çağırılıb. Bəyanatda həmçinin E. Fətulayev həbsdə olduğu müddətdə ona qarşı ikinci dəfə ittihamın irəli sürülməsindən və onun yeni cəzaya məhkum edilmə imkanından narahatçılıq ifadə olunub.

Xatırladaq ki, dekabrın 29-da Eynulla Fətullayevin saxlandığı kameradan  0,22 qram heroin tapılıb. Jurnalistin özü və vəkili bunun təxribat olduğunu bildirir, yaxın vaxtlarda Avropa İnsan Haqları Məhkəməsinin baş redaktorun azadlığa buraxılması ilə bağlı verəcəyi qərarın qarşının alınması kimi qiymətləndirirlər.

Previous Post

Eynulla Fətullayevə heroin atılması ilə bağlı toplantı keçirilib 30.12.2009

Next Post

EYNULLA FƏTULLAYEVƏ QARŞI PİS RƏFTAR GÖSTƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.