Bu gün (31 dekabr) “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı təxribatın törədilməsi və ona qarşı cinayət işinin açılması ilə əlaqədar növbəti toplantı keçirilib.
Daha sonra baş redaktorun atası Emin Fətullayev çıxış edərək, mətbuat vasitəsilə Daxili İşlər naziri Ramil Usubova müraciət etdi və məsələ ilə əlaqədar bir sıra detalları müzakirə etmək üçün onunla görüşmək istədiyini bildirdi. Emin Fətullayevin sözlərinə görə, bu oğluna əlavə cəza təyin etmək üçün yuxarı dairələrin təşkil etdiyi əməliyyat olub.
Toplantıda iştirak edən vətəndaş cəmiyyəti və KİV nümayəndələri məsələ ilə əlaqədar yayılacaq bəyanatları və atılacaq addımları müzakirə ediblər. Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib. Təkliflər qismində həbsdə olan jurnalistlərin və bloggerlərin dərhal azadlığa buraxılmasının tələb edilməsi, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətlinə görə məsuliyyətin hakimiyyətin üzərinə qoyulması, etiraz aksiyalarının keçirilməsi, Prezident İlham Əliyevlə və repressiv addımları ilə tanınan məmurlarla görüşlərin təxirə salınması üçün dünya dövlətlərinin rəhbərlərinə çağırışın edilməsi, 2010-ci ilin Azərbaycan demokratik qüvvələri ilə beynəlxalq ictimaiyyətlə birgə beynəlxalq həmrəylik ili elan olunması və s. səsləndirilib.
FOTO:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,401/lang,az/
Dekabrın 30-da keçirilən toplantı VİDEO: http://www.irfs.az/content/view/3290/31/lang,az/