AZƏRBAYCANDA SÖZ VƏ İFADƏ AZADLIĞI İLƏ BAĞLI MƏSƏLƏLƏR BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB

Gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən konfransda müzakirə edilib.

İsveçin ATƏT-dəki nümayəndəsi Hacıyev və Savalanlının social şəbəkələrdə aktiv fəaliyyətlərinə görə həbs edildiyini vurğulayıb. Eyni zamanda Azərbaycandan gəlmiş hüquq müdafiəçiləri hər iki şəxsin həbsi ilə bağlı ətraflı məlumat vermiş və onların azadlığa buraxılmasının, bu məsələnin Azərbaycan hakimiyyəti qarşısında qaldırılmasının zəruriliyini vurğulamışlar.

Eyni zamanda Elmar Hüseynovun qətlinin, jurnalistlərə qarşı fiziki təqiblərin, konkret olaraq 2011-ci ildə “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev və  Ramin Dekonun oğurlanaraq döyülməsinin üstünün açılmaması, internetin tənzimlənməsinə çağırışlar, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin veb səhifəsinə və  milazşinfo saytına xaker hücumları kimi məsələlər də hüquq müdafiəçiləri tərəfindən qaldırılıb.

Qeyd edək ki,  konfrans  oktyabrın 7-ə kimi  davam edəcək, Azərbaycandan olan hüquq müdafiəçiləri digər panellərə də qatılacaqlar.

Previous Post

GÜNDƏM XƏBƏR VERGİ XİDMƏTİNDƏN MƏHKƏMƏYƏ ŞİKAYƏT EDƏCƏK

Next Post

“GÜNDƏM XƏBƏR” QƏZETİNİN TƏSİSÇİSİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.