JURNALİSTLƏR ÜÇÜN MƏRKƏZ YARADILACAQ

Azərbaycanda yeni jurnalistika mərkəzinin yaradılması nəzərdə tutulur.

“İnternational Media Support” təşkilatının Azərbaycandakı nümayəndəsi Aytən Əliyevanın RATİ-yə verdiyi məlumata görə, adı çəkilən təşkilat cari ilin sentyabr ayından Azərbaycanda layihəyə başlayacaq. Jurnalistika mərkəzi də bu layihə çərçivəsində yaradılmalıdır.
Mərkəzin əsas məqsədinin jurnalistlərin, media nümayəndələrinin, eyni zamanda televiziya və radioların texniki işçilərinin bilik və təcrübələrinin artırılması olduğunu deyən Əliyeva bunun üçün treninqlərin keçiriləcəyini vurğulayıb.
“İnternational Media Support” dünyanın 25-dən artıq ölkəsində medianın inkişafı istiqamətində fəaliyyət göstərən təşkilatdır. Onun baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir.

Previous Post

Election Monitoring Center (press conference)

Next Post

SEÇKİ MONİTORİNQ MƏRKƏZİ FƏALİYYƏTİNİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.