İŞGƏNCƏLƏRƏ QARŞI BEYNƏLXALQ TƏŞKİLAT MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASI ÜÇÜN AKSİYALARA BAŞLAYACAQ

Sülh və Demokratiya İnstitutunun  Müşfiq Hüseynovun səhhətinin kəskin pisləşməsi və həyatının təhlükədə olması ilə bağlı dekabrın 3-də verdiyi bəyanata İşgəncələrə qarşı Beynəlxalq Təşkilatdan cavab gəlib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məlumat verib. Onun sözlərinə görə, İşgəncələrə qarşı Beynəlxalq Təşkilat Müşfiq Hüseynovun işi ilə bağlı  beynəlxalq aksiyaya başlayacağını bildirib. “Biz Müşfiq Hüseynovun səhhətinin ağır olduğunu və onun azadlığa buraxılmalı olması barədə məlumatları dünya ictimaiyyətinə yayacağıq və beynəlxalq təşkilatlardan xahiş edəcəyik ki onlar Azərbaycan hakimiyyətinə müraciətlər göndərərək, Müşfiq Hüseynovun  azadlığa buraxılmasını xahiş etsinlər” – deyə İşgəncələrə qarşı Beynəlxalq Təşkilatdan göndərilən cavab məktubunda bildirilir.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“NONSENS” QƏZETİNİN MÜXBİRİ HƏDƏLƏNDİYİNİ BİLDİRİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.