BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ AZƏRBAYCAN QHT-LƏRİ AŞPA-YA BƏYANAT TƏQDİM EDİBLƏR

Bir qrup beynəlxalq təşkilatlar və Azərbaycan QHT-ləri adından AŞPA-nın yay sessiyasına qatılan ölkələrin nümayəndə heyətlərinə bəyanat təqdim edilib.

Bəyanatda Azərbaycanda insan hüquqlarının və demokratiyanın vəziyyəti ilə bağlı məlumatlar əks olunub. Bəyanata həmçinin Eynulla Fətullayev, bloggerlər Emin Milli (Abdullayev)  və Adnan Hacızadənin işləri barədə məlumatlar daxil edilib, sərbəst toplaşmaq azadlığının pozulmasından və müstəqil məhkəmə sisteminin olmamasından narahatçılıq ifadə olunub.

 

Birgə bəyanatla yanaşı nümayəndə heyətlərinə Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında qətnaməyə əlavə və dəyişikləri nəzərdə tutan sənəd də təqdim edilib. Sənəddə AŞPA üzvləri “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini, seçkilərin  ədalətli və şəffaf keçirilməsinin təmin edilməsini ayrıca müddəa kimi məlum qətnaməyə daxil edilməsinə çağırılır.

 

Qeyd edək ki, Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında qətnamə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərəzəçiləri Andreas Herkel (Estoniya)  və  Cosef Debono Qrex (Malta) tərəfindən hazırlanıb. Qətnamənin qəbulu nümayəndə heyətlərinin səsvermələrindən asılı olacaq və bu sənəd ətrafında müzakirələr iyunun 24-də aparıldıqdan sonra səsvermə keçiriləcək.

 

Müraciəti Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Evi Fondu (Norveç), “Article 19” (Böyük Britaniya), Polşa Helsinki Fondu, Beynəlxalq İnsan Hüquqları Federasiyası (Fransa), Rafto Fondu (Norveç), İnsan Hüquqları Mərkəzi (Gürcüstan) və Azərbaycandan olan təşkilatlar – Sülh və Demokratiya İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, İnsan Hüquqları Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İqtisadiyyata Dəstək İctimai Assosiasiyası, Media Hüquqları İnstitutu, FAR Mərkəzi, “Demokratiya monitoru” Cəmiyyəti, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Rasional İnkişaf Uğrunda Cəmiyyət imzalayıblar.

 

Birgə bəyanat və ona əlavə edilmiş sənədlər AŞPA nümayəndə heyətlərinə adları çəkilən təşkilatlardan bir neçəsini təmsil edən hüquq müdafiəçilərindən təşkil olunmuş qrup tərəfindən təqdim olunub və nümayəndə heyətləri ilə müzakirələr aprılıb. Qrupa aşağıdakı şəxslər daxildir: Berit Lindeman, Vüqar Qocayev (Norvec Helsinki Komitəsi), Rebeka Vinsent (Artikl 19), Florian İrminger (İnsan Huquqlari Evi Fondu), Rəsul Cəfərov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu).

 

Previous Post

HƏBSDƏ OLAN BLOQÇULARIN AİLƏ ÜZVLƏRİ HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB

Next Post

GÜNÜN XƏBƏRLƏRİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.