“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” İCTİMAİ BİRLİYİ HESABAT AÇIQLAYIB

Bu gün (13 may) “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi (TBƏİB) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində (RATİ) keçirdiyi tədbirdə “Təhsil Xəbərləri” layihəsinin aprel ayına olan hesabatını açıqladı.

TBƏİB-in rəhbəri Elnur Məmmədov çıxışında bildirdi ki, hesabat bloq şəbəkəsində iştirak edən tələbələrin ali məktəblərdə olan qanun pozuntuları barədə bloqlara yerləşdirdikləri məlumatlar əsasında hazırlanıb. “Layihənin məqsədi tələbələrin bloqlara olan maraqlarını artırmaq və  ali məktəblərdə olan qanun pozuntularını ictimaiyyətə çatdırmaqdır” – deyən E.Məmmədov qeyd etdi ki, layihədə 15 dövlət və özəl universitet tələbəsi iştirak edir.
O, həmçinin universitetlərdə daha çox imtahanlar zamanı rüşvət alınması, tələbələrə dəyərindən baha olan və ixtisaslarına aidiyyəti olmayan kitabların satılması, imtahanlarda qanun pozuntularına yol verilməsi və bəzi universitetlərdə imtahanlar dövründə yeni tələbələrin peyda olması faktlarının da hesabatda əks olunduğunu bildirdi.
Daha çox qanun pozuntusunun Azərbaycan Beynəlxalq Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Tibb Universitetində qeydə alındığını deyən E.Məmmədov, layihənin uğur qazanacağı təqdirdə, bu araşdırmanın orta ixtisas və peşə məktəblərində də tətbiq ediləcəyini söylədi: “TBƏİB olaraq, Azərbaycanda təhsilin inkişafı üçün az da olsa köməklik göstərmək üçün çalışırıq”.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,245/lang,az/
Previous Post

ELAN!

Next Post

PƏRVİZ ƏZİMOV NORVEÇ SƏFİRLİYİNDƏ OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.