PƏRVİZ ƏZİMOV NORVEÇ SƏFİRLİYİNDƏ OLUB

Lənkəran Dövlət Universitetindən (LDU) qovulmuş Pərviz Əzimov ali məktəbə bərpası məsələsi ilə bağlı 11 may tarixində Norveç səfirliyində olub.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Pərviz Əzimov özü verib.
Norveç səfirliyinin birinci katibi Riçard Skarboronun qəbulunda olduğunu deyən P.Əzimov səfirin məsələ ilə bağlı yaxından maraqlandığını və təhsil naziri Misir Mərdanovla görüşməyi planlaşdırdığını bildirdi.
Pərviz Əzimov universitetdən qovulmasının əsas səbəbinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu əlavə edərək  bildirdi ki, dəfələrlə  Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova rəsmi müraciət ünvanlanmasına baxmayaraq, görüşə bilməyib.
Məsələ ilə əlaqədar olaraq Mətbuat Şurasının (MŞ) sədri Ə.Amaşov RATİ-yə bildirib ki, tələbənin qovulması ilə bağlı Təhsil Nazirliyinə və LDU-nun rektoru Asəf İsgəndərova məktub ünvanlanıb və bu məsələ MŞ-nın diqqət mərkəzindədir.
Xatırladaq ki, LDU rəhbərliyi tələbənin ali məktəbdən qovulmasını onun daxili nizam–intizam qaydalarını pozması ilə əlaqələndirsə də,  P.Əzimov qovulmasına “Cənub xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar “ yazısının səbəb olduğunu iddia edir.
Previous Post

“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” İCTİMAİ BİRLİYİ HESABAT AÇIQLAYIB

Next Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNLƏNİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.