ATƏT HAKİMLƏR ÜÇÜN DİFFAMASİYA İLƏ BAĞLI SEMİNAR TƏŞKİL EDİB

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimləri üçün ATƏT-in Bakı ofisi tərəfindən “ATƏT məkanında diffamasiya: qanunvericilik və təcrübənin öyrənilməsi” adlı seminar keçirilib. Hakimlər bu sahədə Avropa ölkələrinin təcrübəsi barədə məlumatlandırılıblar.

“Azadlıq” radiosunun verdiyi məlumata görə, ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Azərbaycanda diffamasiyanın mövcud vəziyyətindən ATƏT- in çox narahat olduğunu bildirib. Təşkilat tövsiyə edir ki, birinci instansiya və apellyasiya məhkəmələrində hakimlər diffamasiya ilə bağlı işlərə baxarkən, Avropa İnsan Haqları məhkəməsinin presedent hüququna istinad etsinlər.
“Trend” Agentliyinin məlumatına görə, Ali Məhkəmənin hakimi Vəfaəddin İbayev bildirib ki, “Cinayət Məcəlləsinin müddəalarından sui-istifadənin mümkünlüyü ilə əlaqədar diffamasiya ilə bağlı işlərə yalnız mülki qaydada baxmaq zəruridir. Diffamasiyaya görə jurnalistlərin azadlıqdan məhrum edilməsi ona gətirib çıxaracaq ki, cəmiyyət üçün maraq kəsb edən məsələlər KİV-də işıqlandırılmayacaq”.
ATƏT-in apardığı yoxlamalar göstərib ki, əksər Avropa ölkələrinin qanunvericiliyində diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulub, lakin təcrübədə bu müddəalar tətbiq olunmur.      

Previous Post

JURNALİSTİN VERDİYİ VƏSATƏTLƏRDƏN BİRİ QİSMƏN QƏBUL OLUNUB

Next Post

NAXÇIVANDA İNTERNET KLUBLAR YERLİ İCRA ORQANLARI TƏRƏFİNDƏN BAĞLANILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.