SAYT BAĞLI OLARAQ QALIR

“Tinsöhbəti“ saytı noyabrın 25-dən etibarən Azərbaycan İnternet istifadəçiləri üçün bağlı olaraq qalmaqdadır.

RATİ bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Delta Telekom LTD müəssisəsinə informasiya sorğusu göndərmişdi. Nazirliyin informasiya cəmiyətinin inkişafı şöbəsinin müdiri  R. Gülməmmədovun imzası ilə sorğuya cavab verilmişdir. RATİ-nin sorğusunda qeyd edilirdi ki, sayt yalnız Azərbaycan İnternet istifadəçiləri üçün bağlıdır və sayta yalnız proxiserver vasitəsilə daxil olmaq mümkündür. Bu isə saytın aşkar şəkildə bloklaşdırıldığını göstərir. Eyni zamanda o da vurğulanırdı ki, saytın uzun müddət bloklaşdırılması və bununla bağlı heç bir tədbirin görülməməsi məsələsinə böyük ictimai maraq var. RATİ Nazirliyin İnternetlə bağlı hüquq və vəzifələrini, o cümlədən Nazirliyin Delta Telekom LTD müəssisəsi ilə birlikdə AzərSat MMC-nin təsisçisi olmasını nəzərə alaraq bu sorğunu göndərmişdi. Sorğuya cavbda isə göstərilir ki, istənilən saytın nəzəri olaraq müxtəlif üsullarla bloklanmsı mümkündür. Bundan sonra cavab məktubunda həmin üsullar sadalanır. Konkret “Tinsöhbəti“ saytı ilə əlaqədar məsələyə ümumiyyətlə toxunulmur.

      Delta Telekom LTD müəssisəsinə faks vasitəsilə göndərdiyimiz müraciətlər isə cavablandırılmayıb.

Previous Post

SAYT BAĞLI OLARAQ QALIR

Next Post

VİLAYƏT EYVAZOV MİRZƏ SAKİT HAQQINDA DANIŞMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.