VİLAYƏT EYVAZOV MİRZƏ SAKİT HAQQINDA DANIŞMAYIB

Dekabrın 31-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Ehsan Zahidov  RATİ-nin nazir müavini Vilayət Eyvazova göndərdiyi informasiya sorğusunu şifahi şəkildə cavablandırıb.

Qeyd edək ki, RATİ 18 dekabr 2007-ci ildə Vilayət Eyvazova yazılı informasiya sorğusu göndərmişdi. Zahidov telefon vasitəsilə bildirib ki, “Vilayət müəllim öz çıxışında konkret Sakit Zahidov haqqında deyil, həbsxanada olan narkomanların ümumi vəziyyəti haqqında danışıb“. Ehsan Zahidov onu da əlavə edib ki, artıq bu haqda həm “Azadlıq“ qəzetində, həm də ANS telekanalında məlumat verilib və orada göstərilib ki, Sakit Zahidovun adı verilişdə səhvən gedib.

     Xatırladaq ki, 11.12.2007-ci il tarixində ANS telekanalında saat 15:00-da efirə çıxan “Xəbərçi” verlişində aparıcı Vilayət Eyvazova istinadən bildirmişdi ki, “həbsdə olan jurnalist Sakit Zahidovun işgəncələrə məruz qalması ilə bağlı deyilənlər əsassızdır və həqiqətə uyğun deyil”. Bundan sonra Eyvazovun çıxışını əks etdirən videosüjet göstərilmişdi: “onun ağrıları olur. Təbii ki, o narkoman, xəstədir. Müəyyən mənada onun narkotikdən asılılığı var. Görürsən ki, özünə xəsarət yetirir və yaxud da nəsə edir”. Lakin videosüjetdə Sakit Zahidovun adı çəkilmədiyindən RATİ çıxışı zamanı Vilayət Eyvazovun məhz Sakit Zahidovu nəzərdə tutub-tutmadığını dəqiqləşdirmək üçün ona sorğu göndərmişdi.

Previous Post

SAYT BAĞLI OLARAQ QALIR

Next Post

MİRZƏ SAKİTİN SƏHHƏTİ PİSLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.