“RadioForum” internet radiosu fəaliyyətə başlayıb

“İnternyus Azərbaycan” İctimai Birliyi yeni media layihəsi olan  – “RadioForum” internet radiosunun fəaliyyətinə start verib. “RadioForum” internet radiosunun baş redaktoru Alya Yaqublu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, layihəni İsveçin SİDA (Swedish International Development Cooperation Agency) təşkilatı maliyyələşdirir. “Radio vətəndaş cəmiyyəti, söz azadlığı və insan haqlarının vəziyyəti ilə bağlı veriliş hazırlayır. Qonaqları araşdırmaçı jurnalist Xədicə İsmayıl və hüquq müdafiəçisi İntiqam Əliyev olan ilk veriliş hazırlanaraq dinləyicilərə təqdim olunub” – deyən baş redaktor əlavə edib ki,pressforum.az internet qəzetinin nəzdində fəaliyyət göstərən radio üçün gələcəkdə ayrıca sayt yaradıması planlaşdırılır.

Previous Post

Müstəqil QHT-lərin fəaliyyətinə təhlükə olan yeni qanunun qarşısının alınması üçün təcili tədbirlər görülməlidir

Next Post

Həbsdə olan jurnalist həyatına təhlükə olduğunu bildirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.