Həbsdə olan jurnalist həyatına təhlükə olduğunu bildirib

Fuad Hüseynov

Həbsdə olan jurnalist Fuad Hüseynova cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində (CÇM) hədə-qorxu və təxribat təhlükəsi olması barədə RATİ-yə Fuad Hüseynovun anası Susanə Hüseynova məlumat verib. Onun sözlərinə görə, dünən telefon əlaqəsi  saxlayan zaman Fuad Hüseynov həyatına təhlükə yarandığını deyib. O, bunun səbəbini bir müddət əvvəl sözgedən CÇM-də qanunsuzluq və özbaşınalıq hallarının baş verməsi barədə bir qrup məhbusun şikayət yazaraq mətbuata ötürməsi ilə əlaqələndirib. “Oğlum bildirdi ki, CÇM rəhbərliyi həmin məktubun yazılmasında ondan şübhələnir və qeyd etdi ki, həmin şikayət məktubdan onun xəbəri yoxdur” – deyə S.Hüseynova bildirib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev isə RATİ-yə bildirib ki, prezidentə və digər aidiyyatı qurumlara ünvanlanmış müraciət onların təşkilatı vasitəsilə KİV-də yayımlanıb. Gülalıyev bildirib ki, həmin müraciət çox sayda məhbus tərəfindən imzalansa da, Fuad Hüseynovun adı olmayıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov RATİ-yə bildirib ki,  onlarda bu barədə heç bir məlumat yoxdur. “Əgər belə bir problem varsa, Fuad Hüseynov Penitensiar Xidmətə müraciət etsin və biz məsələni hərtərəfli araşdıraraq, lazımi tədbir görərik” – deyə Mehman sadıqov qeyd edib.

Xatırladaq ki, Fuad Hüseynov Ucar rayonunda hakimiyyət  və hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz əməlləri ilə mübarizə apardığına və baş vermiş qanunsuzluqlarla bağlı mətbuata yazılar yazdığına görə 2010-cu ilin oktyabrında  şərlənərək həbs edilib. Ucar rayon məhkəməsinin 26.09.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 il 6 ay azadlıqdan məhrum edilib.

Previous Post

“RadioForum” internet radiosu fəaliyyətə başlayıb

Next Post

Hilal Məmmədovun Müdafiə Komitəsi məhkəmənin qarşısında aksiya keçirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.